IQNA

Keçən gecə kilsədə partlayış törədilib

10:03 - January 06, 2019
Xəbər sayı: 3484478
Misrin əl-Əzhər İslam Mərkəzi bəyaniyyə yayaraq ibadət ocaqlarının hədəfə alınması və günahsız insanların terror edilərək öldürülməsini məhkum və bu cinayətləri İlahi dinlərin təlimlərinə zidd hesab etdi.

Keçən gecə kilsədə partlayış törədilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən gecə (şənbə, 5 Dekabr 2019) Misrin paytaxtı Qahirənin şərqində yerləşən Nəsr qəsəbəsindəki kilsənin həyətində partlayış törədilib.

Misrin təhlükəsizlik mənbələrinin verdiyi məlumata əsasən, Qahirənin şərqində yerləşən Üzbətul-Hicanə rayonunun Nəsr qəsəbəsindəki Əbu Seyfeyn kilsəsində partlayıcı maddəni zərərsizləşdirmək istəyən Mustafa Ubeyd həlak olub. Hadisə nəticəsində digər iki polis əməkdaşı yaralanıb.

Misrin əl-Əzhər İslam Mərkəzi bəyaniyyə yayaraq ibadət ocaqlarının hədəfə alınması və günahsız insanların terror edilərək öldürülməsini məhkum və bu cinayətləri İlahi dinlərin, o cümlədən İslam dininin müqəddəs təlimlərinə zidd hesab etdi.

əl-Əzhər İslam Mərkəzi bəyaniyyənin davamında terrorizmlə mübarizə aparan bütün qrumlarla əməkdaşlığa hazır olduğunu bildirib.

Misrin Ortodoks Qibti kilsəsi hadisə ilə bağlı başsağlığı verib və təhlükəsizlik qüvvələri və polisə təşəkkürünü bildirib.    

http://iqna.ir/fa/news/3778732

Teqlər: misr ، terror ، qahirə ، kilsə
captcha