IQNA

11:45 - January 19, 2019
Xəbər sayı: 3484546
BMT-nin bu qərarı İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunmuş təhsil hüququnun daha geniş təbliği məqsədini daşıyır, çünki təhsil dayanıqlı inkişafın əsas amilidir.

265 milyon azyaşlı məktəbə getmək imkanından məhrumdurİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib.

BMT-nin bu qərarı İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunmuş təhsil hüququnun daha geniş təbliği məqsədini daşıyır. 1989-cu ildə qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasında isə dövlətlərin hər bir insan üçün ali təhsil almaq imkanları yaratmasının zəruriliyi vurğulanır. BMT qeyd edir ki, təhsil hər bir ölkədə dayanıqlı inkişafın əsas amilidir.

Təşkilatın hesabatında diqqətə çatdırılır ki, təhsil yoxsulluğun aradan qaldırılması və rifahın təmin edilməsinin rəhnidir. Hazırda dünyada 265 milyon azyaşlı məktəbə getmək imkanından məhrumdur. Onların 20 faizi isə ibtidai sinif yaşlarında uşaqlardır. Bu azyaşlılar yoxsulluq, diskriminasiya, hərbi münaqişələr və iqlim dəyişməsindən əziyyət çəkən ölkələrdədir. Miqrasiya və məcburi köçkün həyatı da təhsilə əngəl olan başlıca səbəblərdir.
BMT-nin qərarında bildirilir ki, dünyada ilk dəfə qeyd ediləcək Beynəlxalq Təhsil Günündə təşkilata üzv dövlətlər təhsilin inklüziv keyfiyyətinə diqqəti artırmalı, bu sahədə əlavə tədbirlər görməlidirlər. /maide.az/
Teqlər: bmt ، təhsil ، uşaqlar günü
Ad:
E-poçt:
* Comment:
* captcha: