IQNA

10:48 - January 28, 2019
Xəbər sayı: 3484596
Fransanın paytaxtı Parisdə İslam dinini adiləşdirmək və əsas prinsiplərini məhv etmək hədəfi ilə müsəlmanlar üçün "liberal məscid" adlı yeni yuxu görülür. Bu məsciddə qadınlar və kişilər birgə namaz qılacaqlar.

Avropada FİTNƏ məscidi layihəsiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fransanın paytaxtı Parisdə İslam dinini adiləşdirmək və prinsiplərini məhv etmək hədəfi ilə müsəlmanlar üçün "liberal məscid" adlı yeni yuxu görülür.

İslamın ilk əsrində Mədində tikilmiş Zirar məscidi layihəsi əsasında Parisdə tikiləcək liberal məsciddə arvadlar da camaat namazında imamlıq edə biləcəklər.

İran İslam Respublikasının Parisdəki Mədəniyyət Əlaqələri İdarəsinin bu barədə verdiyi məlumata əsasən, Fransa mətbuatında yayılan bu xəbərə görə, kimlərsə, müsəlmanlar üçün liberal məscid tikmək layihəsi üzərində işləyirlər. Bu məsciddə müsəlmanlar arasında yeni bidətlər yayılacaq. Layihəyə əsasən qadınlar da məsciddə camaat namazına imamlıq edə biləcəklər. Habelə bu məsciddə qadınlar və kişilər arasında arakəsmə olmayacaq və qatışıq oturacaqlar.

Bu layihə guya müsəlmanların hansısa bir təşkilatının fəaliyyətləri çərçivəsində hazırlanır. Deyilənə görə, həmin təşkilatın məsulları bu layihənin qanuni qeydiyyatdan keçirilməsi məsələsi üzərində çalışırlar.

"Fatimə məscidi" adını daşıyacaq bu liberal məscidin layihəsi Parisin İslamşünaslıq fakültəsinin doktorantura pilləsinin müsəlman tələbələri tərindən hazırlanıb.   

http://iqna.ir/fa/news/3784657  

Ad:
E-poçt:
* Comment:
* captcha: