IQNA

11:06 - January 28, 2019
Xəbər sayı: 3484597
Almaniyanın qərbində yerləşən Menden şəhərində Türkiyə müsəlmanlarına aid Türkiyə-İslam Birliyinin nəzdində fəaliyyət göstərən Yaşıl Came məscidində naməlum şəxslər tərəfindən hücum edilib.

 Almaniyanın qərbində məscidə hücum ediblərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın qərbində yerləşən Şimali Reyn-Vestfaliya əyalətinin Menden şəhərində Türkiyə müsəlmanlarına aid Türkiyə-İslam Birliyinin nəzdində fəaliyyət göstərən Yaşıl Came məscidində naməlum şəxslər tərəfindən hücum edilib.

Keçən həftənin Şənbə günü (26 Yanvar 2019) baş verən bu hadisədə məscidin qapıları və qabaq tərəfinin şüşələri sınıdırlıb. Cinayətkarlar məscidin dəstəmazxanasına girərək tualetin dəsmallarını yandırıblar. Onlar bu işi məsciddə yanğın törətmək hədəfi ilə ediblər.

Radikal hücumçular məscidə maddi zərərlər vuraraq qaçıblar. Almaniya polisi təhlükəsizlik kameraları vasitəsi ilə cinayətkarların izinə düşməyə çalışır.  

Qeyd edək ki, Almaniyanın qərbində yerləşən və bu ölkənin ən sıx cəmiyyətli regionlarından biri olan Şimali Reyn-Vestfaliya əyalətinin təkcə 3 faizini müsəlmanlar təşkil edir.    

http://iqnanews.ru/fa/news/3784718

Ad:
E-poçt:
* Comment:
* captcha: