IQNA

Əfqanıstanda 2018-ci ildə 3800 nəfər öldürülüb

23:23 - February 24, 2019
Xəbər sayı: 3484743
BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  Əfqanıstandakı nümayəndəliyinin ofisi (UNAMA) yaydığı hesabatda vurğulanır ki, insani tələfat 2018-ci ildə 11 faiz artıb.

Əfqanıstanda 2018-ci ildə 3800 nəfər öldürülübİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  bu gün (24 Fevral 2019-cu il) yaydığı hesabatda deyilir: 2018-ci ildə Əfqanıstanda baş verən daxili döyüşlərdə 3804 nəfər öldürülüb və 7189 nəfərdən çox insan yaralanıb. Ölənlərin 927 nəfəri uşaqlardan ibarətdir.

Hesabatda deyilir: Bir il ərzində ldürülənlərin 37 faizi Taliban terroristləri, 29 faizi İŞİD terrorçuları, 6 faizi də naməlum qruplaşmalar və 24 faizi də dövlətin milli təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib.    

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  Əfqanıstandakı nümayəndəliyinin ofisi (UNAMA) yaydığı hesabatda vurğulanır ki, insani tələfat 2018-ci ildə 11 faiz artıb.

http://iqna.ir/fa/news/3792995

Teqlər: Əfqanistan ، bmt ، taliban
captcha