IQNA

İraqın dini rəhbərləri Kərbəlada toplanır

11:23 - March 04, 2019
Xəbər sayı: 3484790
Kərbəlada Həzrət İmam Hüseynin (ə) müqəddəs hərəmində İraqın müxtəlif din və məzhəb rəhbərləri və nümayəndələrinin iştirakı ilə 4-cü mədəniyyət konfransı keçiriləcək.

İraqın dini rəhbərləri Kərbəlada toplanırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kərbəlada İmam Hüseynin (ə) hərəmində İraqın müxtəlif din və məzhəb rəhbərləri və nümayəndələrinin iştirakı ilə 4-cü mədəniyyət konfransı keçiriləcək.

İraqın Dini və Məzhəb Rəhbərləri və Nümayəndələrinin 4-cü Mədəniyyət Konfransı cari həftənin Cüməaxşamı günü (7 Mart 2019) İmam Hüseynin (ə) müqəddəs hərəmində keçiriləcək.

Konfransının keçirilməsinə nəzarət komitəsinin məsulu Təlal Kamali deyib ki, konfrans İmam Hüseynin (ə) hərəminin təşəbbüsü, müxtəlif dinlər və məzhəblərin rəhbərləri və nümayəndələri, habelə İraq universitetlərinin tələbələri, Dini Elmi Hövzəsinin ustadları və tələbələrinin iştirakı ilə keçirilir.

O əlavə edib: Konfransın hədəfi İraq xalqı arasında orta yol və tolerantlıq dialoqunu gücləndirmək, birgə anlayışlı yaşayış üsullarını aşılamaq, insanlara insanlıq şüarı və milli kimliklə necə yaşamağın yollarını öyrətməkdir.   

Konfransının keçirilməsinə nəzarət komitəsinin məsulu Təlal Kamali vurğulayıb: Konfransda kardinal Rafail Liyus Saku (İraqın Kildani kiləsinin baş yepiskopu), Şeyx Səttar Cəbbar (Məndayi Sabiilərinin nümayəndəsi), Eyzədilərin nümayəndəsi, Əhli-Sünnə İslami Fondu İdarəsi, Şiələrin İslami Vəqflər İdarəsi və UNESCO-nun nümayəndəsi iştirak edəcək.

http://iqna.ir/fa/news/3795012  

captcha