İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Qum şəhərində yaşayan xarici orta məktəb şagirdləri arasında Məktəblilərin 3-cü İllik Beynəlxalq Quran Yarışları keçirilib.
İmam Hüseynin (ə) müqəddəs hərəminin Darul-Quran idarəsinin təşəbbüsü ilə cari həftənin birinci günü (4 Mart 2019-cu il) keçirilən bu yarışlarda 25 xarici millətin nümayəndsi işitrak edib.
İmam Hüseynin (ə) müqəddəs hərəminin Darul-Quran idarəsinin Qum şəhərindəki ofisinin müdiri Hafiz Mustafa Tai bu barədə deyib: Quran yarışlarının keçirilməsinin əsas hədəfi məktəblilər arasında Quran oxumağı genişləndirmək və onlarda Qurana əlaqə yaratmaqdır.
O əlavə edib: Bu yarışlarda Qum şəhərinin orta ümumi orta məktəblərində və habelə Ərəb azlıqlar üçün nəzərdə tutulmuş xüsusi orta məktəblərin şagirdləri iştirak ediblər. Yarışlara 11 məktəbdən 630 nəfər qatılıb.
Məktəblilər Qurani-Kərimin hifzi, tərtil ilə qiraəti və Quran məfhumlarının təfsiri ixtisası üzrə yarışıblar.
http://iqna.ir/fa/news/3795427




