IQNA

İstambulda "Avropda İslamın gələcəyi" adlı beynəlxalq konfrans keçirildi

10:54 - March 09, 2019
Xəbər sayı: 3484811
Türkiyənin İstambul şəhərinin "İbn Xəldun Universiteti"ndə Türkiyəli alimlərin və xarici qonaqların iştirakı ilə "Avropada İslamın gələcəyi" adlı beynəlxal konfrans keçirilib.

İstambulda İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  dünən, həftənin Cümə günü, 8 Mart 2019-cu il, Türkiyənin İstambul şəhərinin "İbn Xəldun Universiteti"ndə Türkiyəli alimlərin və xarici qonaqların iştirakı ilə "Avropada İslamın gələcəyi" adlı beynəlxal konfrans keçirilib.

İbn Xəldun universitetinin rəisi Prof. Rəcəb Şəntürk toplantıda çıxış edərək deyib: Bu elm ocağında "Gələcəyin Araşdırılması Mərkəzi" yaradılacaq. Hədəfimiz "Avropada ikinci din olan İslamı nə gözləyir?", "İslamın genişlənməsi Avropa ictimaiyyətinin formalaşmasında nə kimi təsirə malik olacaq?" və "Müsəlmanlar öz dil və mədəniyyətlərini qoruya biləcəklərmi?" kimi məsələləri araşdırmaqdır.

O əlavə edib: Hazırda Qərb ölkələrində müsəlmanlara qarşı mənfi baxış formalaşıb. İslamofobların və müsəlmanlara qarşı olanların səsi yüksəkdir. Bütün media imkanlarından istifadə edərək müsəlmanları Amerika və Avorpa cəmiyyəti, hətta bəşəriyyət üçün təhdid olduğunu təbliğ edirlər. Və bu yolda uğur da qazanmış sayılırlar.

Almaniyanın Osenburq universitetinin müəllimi Prof. Bülənt Ucar Osmanlı imperiyası dönəmində Anadoluda çoxsaylı qeyri-müsəlmanların yaşadığına işarə edərək dedi: 19-cu əsrədək Anadolunun 20 faizdən çox torpaqlarında qeyri-müsəlmanlar yaşayırdılar. Bu isə müsəlmanların həmin dövrdə də tolerant olmalarının göstəricisidir.  

http://iqna.ir/fa/news/3796129

 

Teqlər: iqna ، anadolu ، türkiyə ، avropada islam
captcha