IQNA

Əfqanıstanda "Quran, həyat kitabı" yarışı keçirildi

8:24 - March 10, 2019
Xəbər sayı: 3484818
"Quran, həyat kitabı" yarışı həftənin Cümə günü Herat şəhərinin Ayətullah Mühəqqiq Kabuli adına Came məscidinin "əz-Zəhra (s) cavanlar heyəti" tərəfindən yeniyetmə və cavanların iştirakı ilə həyata keçirilib.

Əfqanıstanda İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanın qərbində yerləşən böyük şəhərlərinin birində "Quran, həyat kitabı" yarışı keçirildi.

"Quran, həyat kitabı" yarışı həftənin Cümə günü (8 Mart 2019) Herat şəhərinin Ayətullah Mühəqqiq Kabuli adına Came məscidinin "əz-Zəhra (s) cavanlar heyəti" tərəfindən yeniyetmə və cavanların iştirakı ilə həyata keçirilib.

Herat şəhərinin Ayətullah Mühəqqiq Kabuli adına Came məscidinin, Səqəleyn Quran Tərbiyə Kompleksinin və "əz-Zəhra (s) cavanlar heyəti"nin məsulu Seyid Kazim Musəvi bu barədə deyib: Bu yarışın keçirilməsində hədəfimiz cavanlar və yeniyetmələr arasında Quran üns və mütaliə mədəniyyətini genişlənirmək və yaymaqdır.

O vurğulayıb: Müasir dövrdə texnologiyanın inkişafı, cavanların sosial şəbəkələrdə vaxtlarını keçirməsi mütaliə səviyyəsini aşağı salıb. Buna görə də cavanlar arasında mütaliə mədəniyyətini və Quranla ünsiyyətdə olmağı inkişaf etdirmək və habelə cavanlara Quranın həyat kitabı olduğunu, ölülər kitabı olmadığını aşılamaq üçün bu cür yarışların keçirilməsi zəruridir.  

Seyid Kazim Musəvi deyib: Bu yarışlar heyət tərəfindən həmişə keçirilir. Bu il daha çox adam iştirak edib. Bu il yarışlara 1500 nəfər qatılmışdı ki, onların 40 fazini xanımlar təşkil edirdi.

http://iqna.ir/fa/news/3796249

Teqlər: iqna ، quran ، zəhra ، Əfqanistan
captcha