IQNA

Gürcüstanda Məbəs bayramı tədbiri keçirilib - FOTO

1:25 - April 03, 2019
Xəbər sayı: 3484924
Gürcüstanda keçirilən "məbəs bayramı" tədbirində Azərbaycan, Almaniya və İrandan ilahiyyatçı alimlər, rayon və ətraf kəndlərdən dəvət olunan inanclılar və ictimaiyyət xadimləri iştirak ediblər.

Gürcüstanda Məbəs bayramı tədbiri keçirilib - FOTOİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "islamazeri.az" informasiya portalına istinadla verdiyi xəbərə görə, Gürcüstanın Qardabani şəhərində Əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin(s) peyğəmbərliyə təyin olunduğu gün, “Məbəs” bayramı münasibəti ilə bayram tədbiri keçirilib.

Tədbirdə yerli və Azərbaycan, Almaniya və İrandan ilahiyyatçı alimlər, rayon və ətraf kəndlərdən dəvət olunan inanclılar və ictimaiyyət xadimləri iştirak ediblər.

Tədbirin aparıcısı Məşhədi Vidadi Qurbanov məclisin öncə Qurani-kərimin tilavəti ilə açıq elan olunması üçün Azərbaycanlı mahir Quran qiraətçisi Ruslan Qasımovu kürsüyə dəvət edib.

Sonra yerli ruhanilərdən olan Əhlibeyt hikməti cəmiyyətinin sədri Hacı Namiq Hüseynov qonaqları təqdim edərək təbriklərini çatdırıb.

Mərasimin təşkilatçısı olan Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov məclis iştirakçılarına təbrik etdikdən sonra Peyğəmbər (s) və pak əhlibeytinin (ə) viladət və şəhadət günlərinin keçirilməsinin məqsəd və faydalarından danışıb.

Daha sonra kürsüyə dəvət olunan Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən Hacı Cavad məscidinin axundu, tanınmış din alimi Hacı Əhliman Rüstəmov, Almaniyanın imam cümələrindən olan, din alimi Hacı Kerim Ucar, Almusta Beynəlxalq Universitetinin nümayəndəsi Hacı Davud Zare çıxışları zamanı əziz İslam peyğəmbərinin şəxsiyyəti, İlahi missiyası, fəziləti, amal və hədəfləri, gətirdiyi son və kamil dinin özəllikləri və örnəkləri haqqında söhbətlər ediblər.

Bayram süfrəsi ətrafında keçirilən mərasimdə Almaniyadan qonaq olan Hasan Babur yazdığı dini şeirlərlə məclis içtirakçılarının qəlbini oxşuyub. Gənc məddah Səid Həsənin ifasında dini ilahilər səsləndirilib. Bayram tədbiri İmam Zaman (ə) duasının oxunması ilə sona çatıb.

captcha