IQNA

Taliban dini mədrəsəni partlatdı

6:26 - April 16, 2019
Xəbər sayı: 3484994
Taliban terror təşkilatının ünsürləri Əfqanıstanın qərbində yerləşən Fərah əyalətinin rayonlarının birində qızların təhsil aldığı dini mədrəsəni partladıblar. Xəbəri hökumət rəsmiləri təsdiqləyiblər.

Taliban dini mədrəsəni partlatdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Əfqanıstanın Səsi" (avapress) xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Taliban terror təşkilatının ünsürləri Əfqanıstanın qərbində yerləşən Fərah əyalətində qızların təhsil aldığı dini mədrəsəni partladıblar.

Əfqanıstanın qərbində yerləşən Fərah əyalətinin əyalət şurası rəisinin müavini Şah Mahmud Nəimi bu xəbəri təsdiq edərək deyib: Hadisə Aprel ayının 14-dən 15-ə keçən kecə saat 22:30-da baş verib. Taliban terrorçuları Fərah əyalətinin Təyusək rayonunda "Şəhid Bənövşə" adına dini mədrəsəni partladıblar.  

Şah Mahmud Nəimi bildirib: Taliban terror təşkilatı bundan öncə də xəbərdarlıq etmişdi ki, bu dini mədrəsə bağlanmalıdır. Hadisə zamanı dini mədrəsə dağılaraq yararsız hala düşüb.

Taliban terror təşkilatının bundan öncə bir elanda dini mədrəsələrdə oxuyan şagirdlərin təhsilinə mane olmayacaqları barədə bəyanat yaymasına baxmyaraq onlar artıq ikinci dəfədir ki, Fərah əyalətində qızların dini təhsil aldıqları mədrəsəni dağıdırlar.   

http://iqna.ir/fa/news/3803825

captcha