IQNA

10:11 - April 24, 2019
Xəbər sayı: 3485035
Danimarka müsəlmanları ultrasağçı təşkilatın lideri tərəfindən Qurani-Kərimə qarşı edilən ehtiramsızlığa qarşı çıxış edərək, müqəddəs kitaba qarşı ehtiramla davaranmağı tələb ediblər.

IQNA-nın "Deyerler.org"a istinadən verdiyi xəbərə görə, minlərlə insan Norebbo rayonunda toplaşaraq, ultrasağçı partiyasının lideri Rasmus Pamudana qarşı etiraz edib. Etirazçılar müqəddəs Qurani-Kərimə qarşı ehtiramla yanaşmağı tələb edərək, diskriminasiyaya, irqçiliyə son qoyularaq ölkədə sülhün və əmin-amanlığın bəpa olmasına çağırışlar etmişdir.

Etirazçılar əllərində yüzlərlə Qurani-Kərim nüsxələri turtaraq, şəhərin əsas küçələri ilə iki kilometr məsafəni qət edərək, Kopenhagenin tarixi meydanında yerləşən şəhər Şurasının qərargahı önündə etirazların davam etmişdir. Etirazçılar, Qurani-Kərimə qarşı ehtiramsızlıq etməyə imkan yaradan qanunları sərt ittiham etmişdir.
 
 
Ad:
E-poçt:
* Comment:
* captcha: