IQNA

İraqda "Orta Şərqdə din və qaçqınlar" adlı toplantı keçirilir

23:55 - April 30, 2019
Xəbər sayı: 3485064
Toplantıda İran İslam Respublikasının "İslami Məzhəblər Universiteti"nin rəisi Məhəmmədhüseyn Muxtari "təqrib"in ictimai problemlərin azalmasında təsiri və rolu barədə çıxış edəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İslami Məzhəblər Universiteti"nin ümumi əlaqələr idarəsinin informasiya şöbəsinə istinadla verdiyi xəbərə görə, İraqda "Orta Şərqdə din və qaçqınlar" adlı toplantı keçirilir.

Toplantıda İran İslam Respublikasının "İslami Məzhəblər Universiteti"nin rəisi "təqrib"in ictimai problemlərin azalmasında təsiri və rolu barədə çıxış edəcək.

İran İslam Respublikasının "İslami Məzhəblər Universiteti"nin rəisi Höccətul-islam vəl-müslimin Məhəmmədhüseyn Muxtari bu toplantıya İraq İslam Universitetinin dəvəti ilə gedib.

Toplantıda İraq, Suriya, Bəhreyn, Livan və digər İslam ölkələrinin tanınmış elmi simaları və dini şəxsiyyətləri iştirak edir.

"Orta Şərqdə din və qaçqınlar" toplantısında iştirak edənlər uyğun mövzuda yazdıqları məqalələri ilə çıxış edəcəklər.

İran İslam Respublikasının "İslami Məzhəblər Universiteti"nin rəisi Höccətul-islam vəl-müslimin Məhəmmədhüseyn Muxtari səfər çərçivəsində İraqın təqlid mərcələri və din alimləri ilə görüşəcək və İraqın ali təhsil ocaqları ilə təhsil barədə memorandom imzalayacaq.  

http://iqna.ir/fa/news/3807641

captcha