İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Manisa əyalətinin Yunusemre şəhərində yaşayan 65 yaşlı Ümmühan Karaca nənə qoca və zəif olmasına rəğmən Quran təlimi kurslarında iştirak edərək Quran oxumağı öyrənib.
Ümmühan Karaca nənə bütün çətinliklərə sinə gərərək mübarək Yasin surəsini də əzbərləyib.
Karaca nənə Quran oxumağı öyrəndiyi üçün özünü çox xoşbəxt hiss edir. O, digərlərini də Quran oxumağı öyrənməyə dəvət edir.
Ümmühan Karaca nənə deyib: Quran oxumağı öyrəndiyim üçün özümü çox yaxşı hiss edirəm. Bu mənim üçün ən gözəl uğurdur. İstəyirəm digərlərinə də öyrədim ki, istənilən yaşda Quran oxumağı öyrənmək olar.
Karaca nənə ona Quran oxumağı öyrədən müəllimlərinə təşəkkür edərək dedi: Ümid edirəm ki, həmişə möhkəm əzm və iradə ilə Quran dərslərində iştirak edəcəm. Quranla ünsiyyətdə olmaq həyata yeni rəng və məna qatır.
http://iqna.ir/fa/news/3808355