IQNA

Dubay Mükafatı Beynəlxalq Quran yarışları başlayıb

14:57 - May 10, 2019
Xəbər sayı: 3485110
BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) 23-cü Dubay Mükafatı Beynəlxalq Quran Yarışları cari həftənin ikinci günü, 7 May 2019-cu il, 90 ölkədən nümayəndənin iştirakı ilə öz işinə başlayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "al-ain" informasiya portalına istinadla verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) 23-cü Dubay Mükafatı Beynəlxalq Quran Yarışları cari həftənin ikinci günü, 7 May 2019-cu il, 90 ölkədən nümayəndənin iştirakı ilə öz işinə başlayıb.
Mübarək Ramazan ayının 14-dək (19 May 2019) davam edəcək yarışlarda dünyanın 90 ölkəsinin nümayəndəsi Qurani-Kərimin "kamil hifz"i üzrə yarışacaqlar.
BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) 23-cü Dubay Mükafatı Beynəlxalq Quran Hifzi Yarışlarının çərçivəsində Qurani-Kərimin tərtil ilə tilavəti yarışları da keçiriləcək.
Qeyd edək ki, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Dubay Mükafatı Beynəlxalq Quran Hifzi Yarışları dünya səviyyəsində ən böyük Quran yarışlarından biridir. Bu yarış Qurani-Kərimin bütöv hifzi üzrə keçirilir. Yarışların sonunda isə Quranın tərtil tilavəti yarışları hifz yarışlarının ən yaxşıları arasında keçirilir.
Hər ilin mübarək Ramazan ayında keçirilən BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) Dubay Mükafatı Beynəlxalq Quran Hifzi Yarışlarında indiyədək 2300 nəfərdən çox insan iştirak edib.
Xatırladaq ki, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) 23-cü Dubay Mükafatı Beynəlxalq Quran Yarışlarında İran İslam Respublikasını Məhəmmədrza Vəliməhəmmədi təmsil edir.
http://iqna.ir/fa/news/3809977

captcha