IQNA

Hindular da müsəlmanlarla birgə oruc tuturlar

12:46 - May 12, 2019
Xəbər sayı: 3485122
Hindistanın paytaxtı Dehli həbsxanasında cəza çəkən hindu məhbusların bəziləri mübarək Ramazan ayı günlərində müsəlman məhbuslara qoşularaq oruc tuturlar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın paytaxtı Dehli həbsxanasında cəza çəkən hindu məhbusların bəziləri mübarək Ramazan ayı günlərində müsəlman məhbuslara qoşularaq oruc tuturlar.

Dehlinin Mərkəzi Həbsxanasının ümumi əlaqələr şöbəsi elan edib ki, həbsxanada cəza çəkən 16 min 665 min nəfər məhbusun 2 min 658 nəfəri oruc tutur. Oruc tutanların arasında 110 nəfər hindu dininin mənsubları da var. Həmçinin oruc tutanların 31 nəfəri qadındır.

Həbsxana məsulları oruc tutan məhbusların yemək saatlarını da dəyişərək şəri iftar vaxtına uyğunlaşdırıblar. Məhbusların namaz vaxtları və obaşdanları üçün münasib şərait yaradılıb. Onların yemək siyahısına içməli sular, meyvə şirələri, meyvə və təzə xurma da əlavə edilib. Həmçinin xeyriyyə təşkilatlarına da icazə verilib ki, həbsxanalarda iftar məclisləri təşkil etsinlər.

Qeyd edək ki, Hindistanın 1 milyard 129 milyon 866 min 154 nəfərlik əhalisinin 151 milyon 402 min 65 nəfərini (12 faiz) müsəlmanlar təşkil edir. Müsəlmanların 100 milyonu sünni, 50 milyonu isə şiədir.    

http://iqna.ir/fa/news/3810413

روزه‌داری برخی از هندوها همراه با مسلمانان

captcha