IQNA

59-cu "Qayıdış Haqqı" yürüşündə 16 yaralı

13:10 - May 25, 2019
Xəbər sayı: 3485186
Sionist rejim hərbçilərinin Qəzzə zolağında 59-cu "Qayıdış Haqqı" yürüşü iştirakçılarına hücumunda 16 fələstili yaralanıb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Əl-Aləm kanalının bildirdiyinə görə, Qəzzə sakinləri cümə günü axşam 59-cu "Qayıdış Haqqı" yürüşündə iştirak etmək üçün işğal edilmiş Fələstin əraziləri ilə sərhəd məntəqəyə toplaşıblar. 

"Qayıdış Haqqı" yürüşü 59-cu cüməsində "Əməkdaşlıq və Yardımlaşma" adıaltında keçirilib. 

Sionist rejim hərbçiləri fələstinli aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazlarla yanaşı döyüş güllələrindən də istifadə ediblər. 

"Qayıdış Haqqı" yürüşü 30 mart 2018-ci il tarixindən etibarən "Torpaq günü" ilə bir vaxtda başlandı və o zamandan bəri hər cümə günü keçirilir. 

"Qayıdış Haqqı" yürüşlərinin keçirildiyi müddət ərzində 317 yürüş iştirakçısı İsrail hərbçiləri tərəfindən vurularaq, şəhid edilib. Yaralı sayı isə 31 min nəfərdən çoxdur. 

captcha