IQNA

İsrail 312 müsəlmanı qətlə yetirdi

1:33 - May 31, 2019
Xəbər sayı: 3485229
ABŞ-ın verdiyi dəstəklə İsrail rejimi Fələstin torpaqlarının zəbt edilməsində yeni mərhələyə qədəm qoyub. Ötən il İsrail rejiminin fələstinlilərə aid 583 ev və tikilini dağıtdığı da qeyd edilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "islamazeri"yə istinadən verdiyi xəbərə əsasən, 2018-ci ildə İsrail rejimi 312 fələstinlinin ölümünə, 8300 nəfərin isə yaralanmasına səbəb olub.

Fələstin İnsan Haqları İdarəsi məsələ ilə bağlı hesabat hazırlayıb. Sənəddə deyilir ki, bu rəqəmlər 2014-cü ildən bəri ən yüksək göstəricidir.

Bildirilir ki, ötən il 6489 fələstinli İsrail rejimi tərəfindən həbs edilib; tutulanların 63-ü yeniyetmə, 140-ı qadın, 6-sı eks-deputat və 38-i jurnalistdir.

Əlavə edilir ki, ABŞ-ın verdiyi dəstəklə İsrail rejimi Fələstin torpaqlarının zəbt edilməsində yeni mərhələyə qədəm qoyub. Ötən il İsrail rejiminin fələstinlilərə aid 583 ev və tikilini dağıtdığı da qeyd edilir.

Həmçinin 2018-ci ildə yəhudi qəsəbələrinin sakinlərinin hücumları nəticəsində 8 fələstinli qətlə yetirilib ki, onlardan da ikisi həddi-büluğa çatmamış olub.

Teqlər: iqna ، fələstin ، qüds ، israil ، qüds günü
captcha