IQNA

12:33 - June 04, 2019
Xəbər sayı: 3485268
İmam Xomeyninin (r.ə) anım mərasimi Londonun İslam Mərkəzinin təşəbbüsü ilə hazırlanmış "Mənəviyyat, Əqlaniyyət və Ədalət İmam Xomeyni (r.ə) məfkurəsində" adlı konfrans çərçivəsində keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam İnqilabının qurucusu və müsəlmanların dahi rəhbəri Həzrət Ayətullah Üzma Seyid Ruhullah Musəvi Xomeyninin (r.ə) vəfatının 30-cu ildönümü münasibəti ilə İngiltərənin paytaxtı London şəhərinin İslam Mərkəzində anım mərasimi keçirilib.

İmam Xomeynin (r.ə) vəfatının anım mərasimi İngiltərədə yaşayan şiələrin və İmam Xomeyni (r.ə) aşiqlərinin izdihamlı iştirakı ilə qeyd edilib.

Anım mərasimi Londonun İslam Mərkəzinin təşəbbüsü ilə hazırlanmış "Mənəviyyat, Əqlaniyyət və Ədalət İmam Xomeyni (r.ə) məfkurəsində" adlı konfrans çərçivəsində keçirilib. Konfransda İmam Xomeyninin (r.ə) xatirəsi əziz tutulub və şəxsiyyəti barədə çıxışlar edilib.

Konfransda çıxış edənlər İmam Xomeyninin (r.ə) Əhli-Beyt (ə) məktəbindən irs alaraq daşıdığı üç əsas xüsusiyyətindən, ağıla, mənəviyyata və ədalətə söykənməsindən danışıblar.

Höccətul-İslam vəl-Müslimin Seyid Abbas Nəqəvi, Höccətul-İslam vəl-Müslimin Seyid Qasim Cəlali (Əhli-Beyt İslam Mərkəzinin rəisi), Əli Fəyyaz (Bəreynli aktivist) və Höccətul-İslam vəl-Müslimin Məhəmməd Səid Bəhmənpur konfransda çıxış edərək İmamın (r.ə) həyat və yaradıcılığının fərdi və ictimai tərəflərini işıqlandırıblar.

Natiqlər İslam İnqilabının dünyaya təsiri, İmam Xomeyninin (r.ə) ülvi hədəfləri, müsəlman dünyasının problemləri və İmamın (r.ə) əxlaqi və irfani həyatında geniş danışıblar.

http://iqna.ir/fa/news/3817175

بزرگداشت امام(ره) با برگزاری کنفرانس در انگلیس

Ad:
E-poçt:
* Comment: