İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Məkkə xəbərləri qəzeti" informasiya portalına istinadla verdiyi xəbərə görə, Hicazın Məkkə şəhərində dünyanın ən qədim və ən böyük Quran heykəli qurulacaq.
Deyilənə görə bu Qurani-Kərim heykəlinin 600 il yaşı var və dünyanın ən qədim Quran büstü sayılır.
Bu heykəlin sütunları kaşi (çini) ilə örtülüb. Hər çininin üzərinə bir səhifə Qurani-Kərim ayəsi yazılıb. Quran ayələri uzaqdan da rahat oxunulur.
Heykəlin məscid minarələrini andıran beş hündür sütunu var. Ortadakı sütunun hündürlüyü 32 metrdir.
Quran heykəlini bir neçə il öncə bir biznesmen alıb və müqəddəs Məkkə şəhərinə hədiyyə edib.
Hazırda Məkkənin bələdiyyə məsulları gələcəkdə şəhərin simvollarından bir olacaq bu heykəli yerləşdirmək üçün münasib yer axtarırlar.
Qeyd edək ki, ən qədim və ən hündür Qurani-Kərim heykəlinin də adə dünya rekordları kitabına yazılacaqdır.
http://iqna.ir/fa/news/3824981