İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "middle-east" informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın "New England Universiteti"nin Mərakeşin Təncə şəhərindəki filialında beynəlxalq Qurani-Kərim araşdırmaları toplantısı keçirilib.
Beynəlxalq Qurani-Kərim araşdırmaları toplantısı cari həftənin Cüməaxşamı günü, 25 İyul 2019-cu il, başlayıb.
Toplantdıa dünyanın bir çox ölkələrindən Quran elmləri araşdırmaçıları, bu sahədə nəzəriyyəçilər və alimlər iştirak edirlər.
Mərakeşin Beynəlxalq Quran Elmləri Araşdırmaları Birliyinin təşəbbüsü ilə keçirilən toplantıda iştirak edən elm adamları öz məqalələrini İngilis, Fransız və Ərəb dillərində təqdim ediblər.
"İslamın ilk əsrindən müasir dövrədək Quranın müxtəlif oxunuşları", "Hindu və Teymurilər dövründə Quran", "Quranda Saibi dini", "Quranda tövhid, nübüvvət və məad", "Quranın özündən əvvəlki kitablarla əlaqəsi", "Mərakeşdə yeni təfsir üslubları", "Quran və digər dinlər", "Quranın tərcümə və təfsiri", "Quranın təfsiri meyarları", "Quran və təsəvvüf", "Afrikanın şimalında yeni təfsir qaydaları", "Quran araşdırmaları nəzəriyyəsi", "Quranda cəza barədə dastanlar" və "Əlcəzayirdə Quranın nəsx ilə yazılmasaı incəsənəti" kimi məqalələr toplantıda müzakirə mövzusu olub.