IQNA

Səksən yaşlı qoca nənə hər 5 günə bir Quran xətm edir

10:59 - July 28, 2019
Xəbər sayı: 3485590
Misrin Dehqəliyyə əyalətinin Dikirnis şəhərinin "Kəfr Əbdülmömin" qəsəbəsinin sakini 80 yaşlı qoca nənə Şeyxə Hüseynə Əhməd Məhəmmədəyn Əbdülfəttah Rəbii uşaq yaşlarından Qurani-Kərim hafizidir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin şimal şərqində yerləşən Dehqəliyyə əyalətinin Dikirnis şəhərinin "Kəfr Əbdülmömin" qəsəbəsinin sakini 80 yaşlı qoca nənə Şeyxə Hüseynə Əhməd Məhəmmədəyn Əbdülfəttah Rəbii uşaq yaşlarından Qurani-Kərim hafizidir.

O bütün ömrünü Qurani-Kərimə xidmət yolunda keçirmişdir. Uşaq ikən gözlərini və görmək qüvvəsini itirmiş Hüseynə nənə güclü iradəsi ilə Quranı əzbərləyib. Hazırda 40 ildən çoxdur ki, insanlara Quran qiraətini və hifzini öyrədir. Yaşıdığı bölgədə əllidən çox kişi və xanım Quran hafizi yetişdirmişdir.

Hüseynə nənə Quran fəaliyyətləri barədə deyir: 10 yaş var idi Qurani-Kərimi ustadım Əhməd Dəmhucidən Quranı öyrəndim. Yeniyetmə çağlarımda Quranı əzbərlədim. Hazırda 40 ildən çoxdur ki, uşaqlara Quran dəsri verirəm. Qəsəbəmizdə yaşayan 50-dən çox qız və oğlana Quranı hifz etməyə kömək etmişəm. Hər gün Qurani-Kərimdən 6 cüzü tilavət və hər 5 gündə bir dəfə Qurani-Kərimi xətm edirəm.  

بانوی مسن حافظ قرآن و یک عمر خدمت به کتاب خدا

Gözlərinin görməməsinə rəğmən bütün ömrünü Qurana xidmət yolunda həsr etmiş Hüseynə nənə müasir dövrdə Quran məktəblərinin rövnəqdən düşdüyünə görə gileylidir: "Hazırda Quran mədrəsələrinə əhəmiyyət verilmir. Ailələr uşaqlarını müasir bağçalara göndərirlər. Halbuki Quran müsəlmanların həyatının əsası və sütunudur. Bu müqəddəs kitab uşaqların istedadlarını çiçəkləndirir".

Hüseynə nənə deyir: Hər gücə saat 10:00-da yatıram. Gecə saat 01:00-da yuxudan oyanıram. Sübh açılıncayadək Quran tilavət edirəm. Sübh namazından sonra səhər saat 8:00-dək yatıram. Günorta namazından öncə 2 cüz və Əsr vaxtı da 2 cüz Quran tilavət edirəm.

بانوی مسن حافظ قرآن و یک عمر خدمت به کتاب خدا

Səksən yaşlı nənə uşaqlığının da çətin keçdiyindən danışır: "Uşaq vaxtı gözlərim görürmüş. Amma bir dəfə çox ağlamaqdan gözlərim xəstələnir. O zaman tibbi imkanlar olmadığından mənim gözlərimi sağalda bilmirlər və mən gözlərimi itirərəm. Atamın vəfatından sonra böyük nənəmlə qalmışam. O da mənə yaxşı baxmayıb. Sonradan qardaşlarım böyüdülər və onların himayəsində yaşadım. Quranı əzbərləyəndən və usatıdımın vəfatından sonra Quran məktəbi açdım. O zaman 20 yaşım var idi. 60 yaşımadək Quran dərsi verdim. əl-Əzhər İslam Mərkəzi mənim öyrətdiyim Quran hafizlərini yarışlara göndərirdi və buna görə mənə də mükafat verirdi.

Şeyxə Hüseynə nənənin son arzusu qardaşı Məhəmmədlə birlikdə müqəddəs Həcc səfərinə müşərrəf olmaqdır. Əlbəttə Şeyxə nənə bundan öncə yarışlarda Həcc səfərini mükafat olaraq qazanıb. Amma qardaşının onunla getməsinə icazə verilmədiyi üçün bu səfərə gedə bilməyib.       

http://iqna.ir/fa/news/3828325

captcha