İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərədə ilk dəfə 2 yaşından 10 yaşınadək bütün sağlam uşaqlara inhalyasiya yolu ilə qripə qarşı peyvənd dərmanı veriləcək.
Bu vaksinin hazırlanmasında haram jelatindən (donuz dərisindən və sümüyündən hazırlanan jelatin) istifadə edilməsini öyrənən müsəlmanlar bu peyvənd layihəsində uşaqlarınıı iştirak etməyə qoymayacaqlarını bildiriblər.
İngiltərə müsəlmanları dövlətdən tələb ediblər ki, bu peyvəndi halal vaksinlə dəyişsin.
İngiltərə Müsəlmanlar Şurasının Araşdırma Komitəsinin rəisi Şüca Şəfi elan edib: Biz alimlərimiz ilə məsləhətləşdik. Bu hökmü onlar verib. Biz halal tərkibli vaksinlərdən istifadə edəcəyik.
Müsəlmanların Lankşayr şəhər şurasının üzvü Əzhər Əli deyib: Müsəlman valideynlərin çoxu uşaqlarını bu peyvənd layihəsində iştirak etməyə qoymacaqlar.
Qeyd edək ki, bu peyvənd layihəsi gələn ay İngiltərənin bütün məktəblərində icra ediləcəkdir. İngilis Səhiyyə Təşkilatları müsəlman uşaqların bu layihədə iştiram etməməsindən nigaran olduqlarını deyiblər.