IQNA

Sudan 20 min nüsxə Quran çap edəcək

8:58 - August 02, 2019
Xəbər sayı: 3485626
Sudanın "Daru Mushəfi Afrika" Quran çapı və nəşri mərkəzi müxtəlif qiraət rəvayətləri əsasında hazırlamış 20 min nüsxə Qurani-Kərimin çap və nəşrinə hazır olduğunu xəbər verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Sudanın "Daru Mushəfi Afrika" Quran çapı və nəşri mərkəzi müxtəlif qiraət rəvayətləri əsasında hazırlamış 20 min nüsxə Qurani-Kərimin çap və nəşrinə hazır olduğunu xəbər verib.

Sudanın "Daru Mushəfi Afrika" Quran çapı və nəşri mərkəzi bu barədə Küveytin beynəlxalq İslami xeyriyyə təşkilatının idarə heyəti ilə müqavilə imzalayıb.

Küveytin Xartumdakı səfiri Bəssam əl-Qənbəndi bu müqavilənin imzalanması mərasimində deyib: Bu böyük bir addımdır, buna görə xoşhalam və bu hər bir müsəlman üçün böyük iftixardır.

O əlavə edib: Bu gün Qurani-Kərimin sayəsində və bu müqəddəs kitabın bərəkəti ilə yaşayırıq. Allaha şükür edirəm ki, Sudanda da belə bir xeyriyyə işi görməyi bizə nəsib etdi.

Sudanın "Daru Mushəfi Afrika" Quran çapı və nəşri mərkəzinin nümayəndəsi Osman əl-Bəşir əl-Kəbaşi bu mərasimdə deyib: Qurani-Kərimin çapı və nəşri çox çətin və məsuliyyətli bir işdir. Amma Sudan xalqı və xeyriyyə təşkilatlarının həmkarlığı ilə Afrika müsəlman cəmiyyətinin bu barədə ehtiyacının kiçik bir hissəsini təmin etməyi bacardıq.

http://iqna.ir/fa/news/3831560/

captcha