IQNA

22:57 - September 22, 2019
Xəbər sayı: 3485856
Kanada hava yolları şirkətlərindən biri (Kanada Air) Amerikalı hicablı idmançının ailəsinə qarşı kobud davranaraq onları hicablarını açmağa məcbur edib.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanada hava yolları şirkətlərindən biri (Kanada Air) Amerikalı hicablı idmançının ailəsinə qarşı kobud davranaraq onları hicablarını açmağa məcbur edib.  

Amerikalı hicablı idmançı qız Fatimə Əbdürrəhman cari ilin Avqust ayında Amerikanın milli squash komandasının tərkibində ilk dəfə yarışa qatılmaq üçün Kanadanın Torento şəhərinə ezam edilir. O,  Kanadanın Sanfransisko hava limanında məmurların özbaşınalığı və kobud rəftarı ilə üzləşir və hicabını çıxarmağa məcbur edilir.

Fatimə deyir: Hava limanında bu işə məcbur edildikdə mənə qorxu və təhqir hissi üz verdi. Hicab mənim vücudumun bir hissəsidir. Mən hər gün bu geyimdən istifadə edirəm, həyatımın bir hissəsi olan bu geyimimlə fəxr edirəm.  

Fatimənin bacısı Səbrin deyir ki, onlar buna görə Kanada hava yolları şirkətindən şikayət ediblər və bu iş üçün vəkil tutublar.  

http://iqna.ir/fa/news/3843820

Ad:
E-poçt:
* Comment: