IQNA

9:50 - October 03, 2019
Xəbər sayı: 3485909
Yəmənin paytaxt Səna şəhərində həftənin ikinci günü ƏNSARULLAH silahlı qüvvələrinin Nəcran istiqamətində keçirdiyi "Nəsrun Minəllah" əməliyyatının qələbəsini alqışlayan yürüş keçiriblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin paytaxt Səna şəhərində həftənin ikinci günü, 1 Oktyabr 2019-cu il, ƏNSARULLAH silahlı qüvvələrinin Nəcran istiqamətində keçirdiyi "Nəsrun Minəllah" əməliyyatının qələbəsini alqışlayan yürüş keçiriblər.

Bu yürüş Yəmənin ƏNSARULLAH İslami Müqavimət Hərəkatının qadınlar heyətinin təşəbbüsü ilə həyata keçirilib.

Yürüş keçirən qadınlar bəyaniyyə yayaraq bildiriblər ki, ƏNSARULLAH döyüşçülərinin bu qələbəsi dünyaya göstərdi ki, Yəmən silahlı qüvvələri və xalq könüllü dəstələri düşmənlə vuruşmaq üçün kifayət qədər güclüdürlər və həmçinin əsirlərlə insani dəyərlərə görə rəftar edirlər.

Səna şəhərinin xanımları bu böyük qələbəni Yəmən xalqına və ƏNSARULLAH təşkilatının rəhbərlərinə təbrik deyiblər.

Onlar koalisiya rəhbərləri və Ərəb ölkələri başçılarından tələb ediblər ki, Yəmən xalqı ilə müsbət davransınlar.

ƏNSARULLAH təşkilatının raket və dron gücünü təfiləyən xanımlar Yəmən xalqından təcavüzkarla qarşı canları və malları ilə müqavimət göstərməklərini istəyiblər.   

http://iqna.ir/fa/news/3846592

Ad:
E-poçt:
* Comment:
* captcha: