IQNA

12:05 - October 04, 2019
Xəbər sayı: 3485911
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) Qazaxıstanın paytaxtı Nur-Sultanı “İslam Dünyasının Yaşıl Paytaxtı” mükafatına layiq görüb.
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) Qazaxıstanın paytaxtı Nur-Sultanı “İslam Dünyasının Yaşıl Paytaxtı” mükafatına layiq görüb.
Maide.Az "azərtac"a istinadla xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Ekologiya Nazirlərinin 8-ci İslam Konfransında İslam dünyasında ekoloji problemlər və qlobal istiləşmə məsələləri müzakirə olunub.
Təbiətin qorunmasına töhfə verən ölkələrə mükafatların verildiyi iclasda, Qazaxıstanın paytaxtı Nur-Sultan “İslam Dünyasının Yaşıl Paytaxtı”na layiq görülüb.
İSESKO 2017-ci ildə “Gələcəyin enerjisi” mövzusunda beynəlxalq sərginin reallaşdığı, ətraf mühitin qorunması və “təmiz” enerjinin inkişafı sahəsində uğurlu layihələrin həyata keçirildiyi Nur-Sultanın bu mükafata layiq görüldüyünü qeyd edib.
 
Ad:
E-poçt:
* Comment: