IQNA

23:19 - October 13, 2019
Xəbər sayı: 3485952
Həzrət İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti mərasimi günlərində Əhli-Beyt (ə) aşiqi olan Azərbaycan xalqı da ziyarət karvanları şəkilində Kərbəlaya yola düşüblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzrət İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti mərasimi günlərində Əhli-Beyt (ə) aşiqi olan Azərbaycan xalqı da ziyarət karvanları şəkilində Kərbəlaya yola düşüblər.

Azərbaycanlı Əhli-Beyt (ə) aşiqləri əsasən Oktyabr ayının beşindən ziyarət səfərinə başlayıblar. İndiyədək davam edən ziyarət səfərləri çərçivəsində İranın Astara kömrük sərhədindən 16 minədək zəvvar 260 avtobus, 30 mikroavtobus və 80 şəxsi minik avtomobili  və ziyarət məqsədi ilə İrana keçib.  

Onların arasında Rusiya, Gürcüstan, Ukrayna və Orta Asiya vətəndaşları da var.  

Dünyanın ən böyük toplantısı - ƏRBƏİN yürüşündə iştirak etmək üçün indiyədək 15 min 500 əcnəbi zəvvar  Astara sərhəd-keçid məntəqəsi vasitəsilə İran ərazisinə daxil olub. 

Yaxın günlərdə bu sayın dəfələrlə artacağı gözlənilir. Bu saya Biləsuvar keçid məntəqəsindən keçən zəvvarlar və hava yolu ilə səfər edənlər daxil deyil.  

Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir.

Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir.

Zəvvarlar Nəcəf - Kərbəla istiqamətində olan təxminən 80 km-lik yolu piyada qət edərək ziyarətə gedirlər.

https://iqna.ir/fa/news/3849574

Teqlər: iqna ، ƏRBƏİN ، zəvvar ، İmam Rza
Ad:
E-poçt:
* Comment:
* captcha: