IQNA

22:29 - October 14, 2019
Xəbər sayı: 3485956
Əllinci illərdən bəri Hindistanda yaşayan hindularla müsəlmanlar arasında qalmaqala səbəb olan qədim və tarixi Babir məscidi ilə bağlı məsələ hələ də həll edilməmiş olaraq qalıb.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 1947-ci ildən bəri hindularla müsəlmanlar arasında qalmaqala səbəb olan Babir məscidi ilə bağlı məsələ hələ də həll edilməmiş olaraq qalıb.
Hindular bu məscidin olduğu ərazidə Hindu tanrılarından hesab edilən Ramın “doğulduğuna” inanır və oranı müqəddəs hesab edirlər.
Onların iddiasına görə, məscidin yerində əvvəl məbəd olub və hindu monqolları dövründə sökülərək yerində məbəd tikilib. Müsəlmanlar isə məscidin heç bir tarixi abidəyə zərər vurulmadan tikildiyini bildirir və bununla bağlı sənədlərin olduğu deyirlər.
Qeyd edək ki, 1992-c ildə radikal hindular məscidə hücum edərək oranı yarasız hala salıblar. Bundan sonra hindularla müsəlmanlar arasında çıxan atışmada yüzlərlə insan ölüb. Müsəlmanlar o vaxtdan bəri məscidi hindulardan geri almağa çalışırlar.
Teqlər: iqna ، hindu ، babri məscidi ، babir
Ad:
E-poçt:
* Comment:
* captcha: