IQNA

Misrin Quran yarışları "Əbdülbasit"in adını daşıyacaq

6:30 - October 26, 2019
Xəbər sayı: 3486026
Misrin 27-ci beynəlxalq Qurani-Kərim yarışları dünya şöhrətli Quran qarisi mərhum Əbdülbasit Əbdüssəmədin adını daşıyacaq. Bu barədə Misrin İslami Fondlar (Vəqflər) Nazirliyi məlumat verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin 27-ci beynəlxalq Qurani-Kərim yarışları dünya şöhrətli Quran qarisi mərhum Əbdülbasit Əbdüssəmədin adını daşıyacaq.

Bu barədə Misrin İslami Fondlar (Vəqflər) Nazirliyi məlumat verib. Məlumatda deyilir: Quran qarilərinin Allah kitabına xidmətlərini nəzərə alaraq və bu xidmətləri dəyərləndirmək hədəfi ilə Misrin Vəqflər Nazirliyi (İslami Fond) 27-ci beynəlxalq Qurani-Kərim yarışlarını mərhum Əbdülbasit Əbdüssəmədin adına təşkil edəcək.

Misrin 27-ci beynəlxalq Qurani-Kərim yarışları gələn ilin (2020) Fevral ayında keçiriləcək.

Bu yarışların qalibləri gələn ilin (2020) mübarək Ramazan ayının 27-də mükafatlandırılacaqlar.  

https://iqna.ir/fa/news/3851893

captcha