IQNA

7:33 - October 27, 2019
Xəbər sayı: 3486033
Əllamə Seyyid Cəfər Mürtəza Amuli mütəkəllim, din alimi, İslam tarixi, şiə tarixi və Əhli-Beyt (ə) sirəsi üzrə mütəxəssis, Livan və Qum elmi dini hövzələrinin tanınmış ustadlarından biri idi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, şiə dünyasının görkəmli və məşhur tarix araşdırmaçısı, Livan və Qum Ali Dini Elmi Hövzələrinin ustadı, çox sayda elmi kitabların müəllifi və din alimi Höccətul-İslam vəl-müslimin Əllamə Seyid Cəfər Mürtəza Amuli uzun sürən xəstəlikdən sonra ötən gecə (26 Oktyabr 2019) vəfat edib.

Əllamə Seyyid Cəfər Mürtəza Amuli mütəkəllim, din alimi, İslam tarixi, şiə tarixi və Əhli-Beyt (ə) sirəsi üzrə mütəxəssis, Livan və Qum elmi dini hövzələrinin tanınmış ustadlarından biri idi.

O, hicri-qəməri tarixi ilə 1364-cü ildə anadan olmuşdu və ötən gecə 74 yaşında ilən vəfat etdi.

Əllamə Seyyid Cəfər Mürtəza Amuli dini zəmində, xüsusi ilə şiə tarixi mövzusunda bir çox kitablar yazıb. O, "Sənabilul-Məcd", "Həl əta" surəsinin təfsiri, "Zühur əlamətlərində araşdırmalar", "İmam Əli (ə) sirəsinin səhihləri", "Üçüncü şəhadət", "Həzrət Zəhranın (s) müsibətləri", "Peyğəmbər (s) sirəsinin səhihləri" və "İbn Hənzələnin hədisində Vilayəti-Fəqih məsələsi" kimi onlarla kitabın müəllifidir.

https://iqna.ir/fa/news/3852743

 

 

Ad:
E-poçt:
* Comment:
* captcha: