IQNA

14:07 - October 30, 2019
Xəbər sayı: 3486052
Yəmənin Ali İnqilab Komitəsinin rəhbəri, sionist rejimin baş nazirinin İranın Yəməndə raketləri olması barədə açıqlama verməsi, Yəmənə qarşı hücumlarının davam etməsi üçün bir çağırış olduğunu qeyd edib.

Yəmənin Ali İnqilab Komitəsinin rəhbəri, sionist rejimin baş nazirinin İranın Yəməndə raketləri olması barədə açıqlama verməsi, Yəmənə qarşı hücumlarının davam etməsi üçün bir çağırış olduğunu qeyd edib.

"Deyerler.org"un ru. Abna24–də istinadən verdiyi xəbərə görə, Yəmən Ali İnqilab Komitəsinin rəhbərinin sözlərinə görə, sionist rejiminin baş nazirinin Yəməndə İran raketlərinin olması ilə bağlı açıqlama verməsi Yəmənə qarşı hücumlarının davam etməsi üçün bir çağırışdır. Benyamin Netanyahunun bazar ertəsi (28 oktyabr) ABŞ-ın maliyyə naziri Stiven Mnuçinlə birgə iştirak etdiyi mətbuat konfransında bildirmişdir: "İran indi Yaxın Şərqdə istənilən hədəfə vura biləcək dəqiq idarəolunan raketlər hazırlamağa çalışır. İranlılar İsrail rejimini hədəfə almaq üçün artıq bu cür raketləri Yəməndə yerləşdirməyə başlayıb”.

Netanyahunun açıqlamalarına cavab olaraq, Yəmənin Ali İnqilab Komitəsinin başçısı demişdir: "Netanyahunun açıqlamaları, xüsusilə bunu ABŞ naziri yanında söyləməsi, Yəmən xalqına qarşı davamlı hücum çağırışlarından başqa bir şey deyil". Məhəmməd Əli əl-Husi, Natanyahunun açıqlamalarını sionist rejiminin, Səudiyyə rejiminin, BƏƏ-nin və ABŞ-ın daxil olduğu koalisiya ilə birgə Yəmən xalqına qarşı hücumlarda iştirak etməsini bir daha təsdiqlədiyini bildirmişdir.

Teqlər: iqna ، yəmən ، husi ، ənsarullah
Ad:
E-poçt:
* Comment:
* captcha: