IQNA

20:47 - October 31, 2019
Xəbər sayı: 3486062
Qanun layihəsi məktəbliləri ekskursiya və düşərgə gəzintilərində müşayiət edən valideynlərə hicab, niqab və digər dini baş örtükləri taxmağı qadağan edir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fransa Senatı ekskursiya zamanı məktəblilərin valideynlərinə dini geyimlər geyinməyi qadağan edən qanun qəbul edib.
Maide.Az "islam.ru"a istiandala xəbər verir ki, bu barədə oktyabrın 29-da Franceinfo telekanalı məlumat yayıb.
Qanun layihəsi məktəbliləri ekskursiya və düşərgə gəzintilərində müşayiət edən valideynlərə hicab, niqab və digər dini baş örtükləri taxmağı qadağan edir.
Sənədi mərkəz sağ “Respublikaçılar” partiyası hazırlayıb. Senat bunu birinci oxunuşda qəbul edib: 163 nəfər qanun layihəsinin lehinə, 114 əleyhinə səs verib.
Milli Təhsil Naziri Jan-Mişel Blanke təşəbbüsü qınayaraq, onu "qeyri-effektiv" adlandırıb.
Teqlər: iqna ، fransa ، hicab ، senat ، islamofobiya
Ad:
E-poçt:
* Comment:
* captcha: