IQNA

İmam Rzanın (ə) mübarək hərəminin bayrağı dəyişdirildi

10:57 - November 01, 2019
Xəbər sayı: 3486065
Bu gün (Rəbiül-əvvəl ayının 3-ü) səhər Məşhəd şəhərində yerləşən İmam Rzanın (ə) mübarək hərəminin günbəzi üzərindəki qara bayraq 2 aylıq matəm günlərindən sonra, yaşıl bayraqla əvəzlənib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün (Rəbiül-əvvəl ayının 3-ü) səhər Məşhəd şəhərində yerləşən İmam Rzanın (ə) mübarək hərəminin günbəzi üzərindəki qara bayraq 2 aylıq matəm günlərindən sonra, yaşıl bayraqla əvəzlənib.
Hərəmin günbəzinin üzərindəki bayrağın, minarələrinin və İmam Rzanın (ə)  zərihinin qara örütüyünün dəyişdirilməsi üçün o həzrətin hərəmində xüsusi mərasim keçirilib. 
Hərəmin xadimlərinin, alimlərin və zəvvarların iştirak etdiyi mərasimdə, bayrağın dəyişdirilməsi mərasimi xüsusi dualarla həyata keçirilib.
Qeyd edək ki, İmam Rzanın (ə) hərəminin günbəzinin bayrağının dəyişdirilməsi mərasimi İmam Rzanın şəhadətindən 3 gün sonra Rəbiül-əvvəl ayının 3-də həyata keçrilir. Matəm bayrağı hərəmin günbəzində Məhərrəm-Səfər əyyamı ərizində 63 gün dalğalanır. /maide.az/
 
Teqlər: iqna ، İmam rza ، məşhəd ، xorasan ، bayraq ، günbəz
captcha