IQNA

17:43 - November 04, 2019
Xəbər sayı: 3486083
Kərbəla şəhərində sosial problemlərlə bağlı dinc aksiya keçirənlər ötən gecə naməlum şəxslərin Kərbəlada İran İslam Respublikasının konsulluğuna edilən hücumu pisləyiblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kərbəla şəhərində sosial problemlərlə bağlı dinc aksiya keçirənlər ötən gecə naməlum şəxslərin Kərbəlada İran İslam Respublikasının konsulluğuna edilən hücumu pisləyiblər.

Kərbəlanın "ət-Türbə" meydanına toplaşan aksiyaçılar elan ediblər ki, bura aksiyaçıların əsas toplantı yeridir və bu meydandan xaric olanlar bizdən sayılmırlar.

Qeyd edək ki, ötən gecə (3 Noyabr 2019) naməlum şəxslər İran İslam Respublikasının Kərbəla şəhərindəki konsulluq binasına hücume ediblər. Onlar binanı daşa basıblar və yandırıblar. İran İslam Respublikasının bayrağını endirblər.

Məsələyə İraqın təhlüksizlik qüvvələri müdaxilə edib. Hadisə zamanı 3 nəfər ölüb və 20 yaralanıb. Yaralananlardan 17 nəfəri təhlükəsizlik işçisi olub.

Yerli şahidlərin verdiyi məlumata görə, konsulluğa hücum edənlər Babil və Divaniyyə şəhərlərindən avtobusla buraya gəliblər. Onlar "əs-Sorxi" adlı şəxsin tərəfdarlarıdırlar.  

https://iqna.ir/fa/news/3854562

 

 

Teqlər: iqna ، kərbəla ، səfirlik ، konsulluq ، iran ، aksiya
Ad:
E-poçt:
* Comment: