İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Şarcə şəhərində 23-cü milli Quran və Sünnə mükafatı yarışlarının ilkin mərhələsi keçirilir.
Yarışlar 1732 nəfər qari və hafizin iştirakı ilə Noyabr ayının 7-də öz işinə başlayıb və 20 gün davam edəcək.
Bu yarışlar Şarcənin Quran və Sünnə müəssisəsinin təşəbbüsü ilə əl-Leylə rayonunda keçirilir.
Quran və Sünnə yarışlarına qatılanlar Qurani-Kərim qiraəti, Quranın hifzi və hədis hifzi ixtisasları üzrə bir-biri ilə rəqabət aparırlar.