IQNA

23:35 - November 12, 2019
Xəbər sayı: 3486133
Səudiyyə Ərəbistanın cəza məhkəməsi 38 nəfəri terrorizmə dəstək veriblər bəhanəsi ilə edam cəzasına məhkum edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın cəza məhkəməsi 38 nəfəri terrorizmə dəstək veriblər bəhanəsi ilə edam cəzasına məhkum edib.

Riyaz məhkəməsi bu gün (12 Noyabr 2019) onları terror hadisələrinin törədilməsində günahkar tanıyaraq barələrində ölüm cəzası çıxarıb.

Edamla ölüm cəzasında məhkum edilənlərin əsas günahları Quran və sünnə ilə müxaliflik, Ərəbistan dövlətini kafir saymaları, Ərəbistan təhlükəsizlik qüvvələri və din alimlərini qəbul etməmələri və terrorçuları dəstəkləməkləri elan edilib.

Bundan əlavə də bir nəfərə 25 il, digər bir nəfərə 20 il və digərinə isə 15 il həbs cəzası verilib.

Qeyd edək ki, cari ilin Aprel ayında Ərəbistan 37 nəfəri edam etmişdi. Onların 32 nəfəri Qətif şiələrindən idilər və etiraz aksiyaları keçirdikləri üçün həbs etmişdilər.

https://iqna.ir/fa/news/3856771

Ad:
E-poçt:
* Comment: