İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Norveçdə yaşayan müsəlmanların radikal sağçıların Qurana qarşı hörtmətsizliyinə cavab olaraq Kristiansand şəhərinin küçələrində kütləvi Quran tilavəti məsclisləri keçirdilər.
Müsəlmanlar dünən, cari həftənin ikinci günü, 26 Noyabr 2019-cu il İslamofobların yürüşlərinə cavab olaraq Kristiansand şəhərinin küçələrində hamıya Quran tilavəti sədasını dinlətdirdilər.
Qeyd edək ki, Noyabr ayının 16-da Norveçin "SİAN" (Norveçi İslamlaşdırmanı dayandırın) təşkilatının üzvləri yürüş keçirmiş və bu yürüşdə Quranı yandırmağa cəhd etmişdilər.