IQNA

İşğalçı koalisiyanın apaçi helekopteri ƏNSARULLAH tərəfindən vuruldu

13:56 - November 29, 2019
Xəbər sayı: 3486224
Yəmənin ƏNSARULLAH İslam Müqaviməti Hərəkatının hava hücumundan müdafiə sistemi işğalçı Səudiyyə Ərəbistanı koalisiyasının apaçi helekopterini məhv edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin ƏNSARULLAH İslam Müqaviməti Hərəkatının hava hücumundan müdafiə sistemi işğalçı Səudiyyə Ərəbistanı koalisiyasının apaçi helekopterini məhv edib.

Yəmənin Silahlı Qüvvələri Qərargahının sözçüsü Yəhya Səri bu barədə deyib: Bu gün, 29 Noyabr 2019-cu il, günün birinci yarısında işğalçı Səudiyyə Ərəbistanı koalisiyasının apaçi helekopteri Ərəbistanın Əsir vilayətinin Müzacə rayonunda raketlə vurularaq yerə salınıb.

O əlavə edib: Düşmənin Apaçi helekopteri yeni nəsil raketlə hədəfə alınıb. ƏNSARULLAH tərəfindən istehsal edilən bu yeni raketin texnologiyası barədə yaxın günlərdə məlumat veriləcək.  

Yəhya Səri vurğulayıb: Səudiyyənin apaçi helekopteri Yəmənin hava sərhədlərini pozarkən raketlə vurulub. Helekopter tamamilə yanıb və iki ekipaj üzvü ölüb.

https://iqna.ir/fa/news/3860315

captcha