İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzrət Ayətullah Üzma Seyid Əli Sistaninin nümayəndəsi Şeyx Əhməd Əs Safi bu gün cümə xütbəsində Ayətullah Sistaninin Məclisdə adil və şəffaf seçki keçirmə mesajını oxuyub.
Ayətullah Sistaninin mesajından sonra baş nazir Adil Abdulmehdi bəyanat verib. Bəyanatda millətvəkillərinin yeni hökumət seçə bilməsi üçün istefasını məclisə təqdim edəcəyini bildirib.