IQNA

8:58 - December 05, 2019
Xəbər sayı: 3486258
Amerikanın Nyu-York şəhərinin Manhetten Federal məhkəməsi Livan əsilli vətəndaşını HİZBULLAH-a casusluq ittihamı ilə 40 il həsb cəzasına məhkum edib.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın Nyu-York şəhərinin Manhetten Federal məhkəməsi Livan əsilli vətəndaşını HİZBULLAH-a casusluq ittihamı ilə 40 il həsb cəzasına məhkum edib.  

Məhkəmə 35 yaşlı Əli Kuranini HİZBULLAH təşkilatına maddi dəstək göndərməkdə və guya Amerikada terror hücumu planlaşdırmaqda ittiham edib.  

Amerikanın Nyu-York şəhərinin Manhetten Federal məhkəməsi hakimi iddia edib ki, Əli Kuranı HİZBULLAH hərəkatının İslami Cihad Təşkilatının üzvüdür və Nyu-Yorkun mərkəzi yerlərində silahlı əməliyyat keçirmək üçün məmuriyyət alıb.

Livan əsilli bu Amerika vətəndaşı 2003-cü ildə Amerikaya mühacirət edib, 2009-cu ildə isə bu ölkənin vətəndaşlığını alıb. O, 8 məhkəmə iclasından sonra 40 il həbsə məhkum edilib.

https://iqna.ir/fa/news/3861746

Teqlər: İQNA ، Livan ، HİZBULLAH ، casusluq ، Amerika
Ad:
E-poçt:
* Comment: