IQNA

Quniyədə Mövlananın illik anım mərasimi keçirilir

19:05 - December 10, 2019
Xəbər sayı: 3486293
Mərasim 11 gün müddətində davam edəcək. Mərasimdə türk və ingilis dillərində çıxışlar edilir. Müxtəlif elmi panellər keçirilir. Mərasim çərçivəsində 24 bölmədə 118 proqram icra ediləcək.

Quniyədə Mövlananın illik anım mərasimi keçirilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Konya (Quniyə) vilayətində məşhur irfani şair Mövlana Cəlaluddin Ruminin vəfatının 746 illiyinin anım mərasimi keçirilir.

Mövlananın məqbərəsində keçirilən bu mərasimdə İran İslam Respublikası və digər ölkələrdən minlərlə şair, arif və elm adamları iştirak edir.

Dekabr ayının 7-də başlayan bu mərasim 11 gün müddətində davam edəcək. Mərasimdə türk və ingilis dillərində çıxışlar edilir. Müxtəlif elmi panellər keçirilir. Mərasim çərçivəsində 24 bölmədə 118 proqram icra ediləcək.

Konyanın müxtəlif rayonlarında Mövlana ilə bağlı on iki sərgi keçirilib.

Konyanın Səlcuq universitetində bu gün "Mövlanaya vəfa olmaq, mədəniyyətə vəfalı olmaqdır" devizi ilə keçirilən toplantıda İran İslam Respublikası, Türkiyə, Azərbaycan, Pakistan, Kipr, Hindistan və Balkan ölkələrindən qonaqlar iştirak ediblər.  

https://iqna.ir/fa/news/3863213

Teqlər: konya ، quniyə ، mövlana ، rumi ، azərbaycan ، iqna
captcha