IQNA

Almaniyada Qurani-Kərimə hörmətsizlik etdilər

23:27 - December 15, 2019
Xəbər sayı: 3486315
Anonim cinayətkarlar “Islamic Community National View” (Milli Baxış İslam Cəmiyyəti) təşkilatının nəzdində olan bu məscidə soxularaq bir neçə Qurani-Kərim nüsxəsini cırıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, naməlum şəxslər Almaniyanın cənubunda yerləşən Ulm şəhərinin Osman Qazi məscidinə hücum ediblər.

Anonim cinayətkarlar “Islamic Community National View” (Milli Baxış İslam Cəmiyyəti) təşkilatının nəzdində olan bu məscidə soxularaq bir neçə Qurani-Kərim nüsxəsini cırıblar.

Brandeilig qeyri-hökumət təşkilatının bu barədə verdiyi məlumata əsasən məscidə soxulanlar Quran nüsxələrini cıraraq vərəqlərini məscidin divarlarına yapışdırıblar.

Bu məscid öncələr də dəfələrlə islamofobların hücumuna məruz qalıb. Polis cinayətkarların axtarşına başlayıb.

Qeyd edək ki, son illərdə Avropa və Almaniyada müsəlman miqrantlar əleyhinə irqçi və islamofob zəminində düşmənçilik şiddətlənməyə başlayıb. Keçən il Almaniya polisi müsəlmanlar əleyhinə irqçilik zəminində 900 cinayət hadisəsi qeydə alıb. Bu cinayətlərdə 54 müsəlman fiziki xəsarət alıb.   

https://iqna.ir/fa/news/3864105

captcha