IQNA

11:38 - December 16, 2019
Xəbər sayı: 3486318
“Avaye Reha” nəşriyyatının direktoru Meysəm Həsarəki İQNA ilə müsahibəsində deyib: Bu Quran nüsxəsi dünyanın ən iri xətli Quranıdır. İndiyədək dünyada bu xüsusiyyətə malik Quran nəşr və çap edilməyib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünyanın ən iri xətli Quran nüsxəsi İran İslam Respublikasının “Avaye Reha” nəşriyyatı tərəfindən səkkiz ildən sonra nəfis formada çap və nəşr edilib.

“Avaye Reha” nəşriyyatının direktoru Meysəm Həsarəki İQNA ilə müsahibəsində deyib: Bu Quran nüsxəsi dünyanın ən iri xətli Quranıdır. İndiyədək dünyada bu xüsusiyyətə malik Quran nəşr və çap edilməyib.

O əlavə edib: Bu nüsxənin xəttatı Ustad Müstəfa Əşrəfi Təbrizidir. 1232 səhifədən ibarət olan Quranın haşiyəsini Ustad Ağa Miri 11 rənglə bəzəyib. Ayələrin altında Ustad Əbulfəzl Bəhrampur Zəncaninin farsca rəvan tərcüməsi yerləşdirilib. Nüsxənin ilk və son 16 səhifəsi ətirli və üz qabığı dəridir.

“Avaye Reha” nəşriyyatının direktoru Meysəm Həsarəki vurğulayıb: Bu Quranın xəttatlığı beş ilə tamamlandı. Bundan sonra Darul-Quran Təşkilatına çap və nəşr üçün müraciət edildi. Bu təşkilatın Quranı araşdırıb nəşriyyata təhvil verməsi iki il zaman aldı. Və nəhayət səkkiz ildən sonra dünyanın ən iri xətli Quranı 5 min tirajla çap və nəşr edildi.

Bu nəfis Quran nüsxəsini əldə etmək istəyənlər +989121854550 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər. Hər nüsxənin qiyməti 250 min tüməndir.      

https://iqna.ir/fa/news/3864273/

 

Ad:
E-poçt:
* Comment: