IQNA

Əlcəzayirin yeni prezidenti Fələstinə dəstək olacaq

23:36 - December 20, 2019
Xəbər sayı: 3486342
Əlcəzayirin yeni prezidenti andiçmə mərasimində Fələstin məsələsini İslam dünyasının mühüm məsələlərindən biri olduğunu önə çəkib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əlcəzayirin yeni prezidenti andiçmə mərasimində Fələstin məsələsini İslam dünyasının mühüm məsələlərindən biri olduğunu önə çəkib.

Dünən (19 Dekabr 2019) andiçmə mərasimində iştirak edən yeni prezident Əbdülhəmid Tənun and içəndən sonra çıxış edərək xarici siyasəti proqramı barədə deyib: “Əlcəzayir digər ölkələrlə yaxşı qonşuluq etməyi davam etdirəcək. İşğal atlında olan Liviya, Suriya, İraq və Yəmənə kömək edəcək.

O, Fələstin məsələsinə işarə edərək vurğulayıb: Fələstin məsələsi Əlcəzayirin xarici siyasət prinsiplərindən biridir. Biz Fələsətin xalqını öz hüquqlarını tam əldə edincəyə və öz vətənlərinə dönüncəyədək dəstəkləyəcəyik.

https://iqna.ir/fa/news/3865337

Teqlər: iqna ، əlcəzayir ، fələstin
captcha