IQNA

Tehranda 5 milyonluq vida mərasimi – Foto

18:42 - January 06, 2020
Xəbər sayı: 3486442
“Bismillahil-Qasimil-Cəbbarin”. Şəhid General-Leytenant Qasim Süleymaninin məmuriyyəti müqavimət cəbhəsində “çətin intiqam” kod adı ilə davam edəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) QÜDS hərbi qüvvələrinin komandiri Şəhid General-Leytenant Qasim Süleymani və başqa bir neçə rütbəli zabit ötən həftənin Cümə günü, 3 Yanvar 2020-ci il, öz silahdaşları ilə Suriyadan İraqa qayıdaraq Bağdad hava limanında təyyarədən eniblər.

Onları İraqın Xalq Könüllüləri Silahlı Qüvvələri (Həşduş-Şəəbi) Qərargahı Rəisinin müavini Əbu Mehdi Mühəndis və silahdaşları qarşılayıblar.

İslam Respublikasının İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) QÜDS hərbi qüvvələrinin komandiri Şəhid General-Leytenant Qasim Süleymani, İraqın Xalq Könüllüləri Silahlı Qüvvələri (Həşduş-Şəəbi) Qərargahı Rəisinin müavini Əbu Mehdi Mühəndis və silahdaşlarının olduğu maşın sionist Amerika rejiminin Küveytdən havaya qaldırdığı MQ-9 zərbəçi PUA-sı tərəfindən terror hücumuna məruz qalır və onlar şəhid edilirlər.  

Şəhidlərin cənazəsi Yanvar ayının 4-də İraqın Kazimeyn, Kərbəla və Nəcəf şəhərində xalqın izdihamlı müşayəti ilə hərəmləri ziyarət etdilər. Şəhidlərin mübarək bədənləri Yanvar ayının 5-də İrana yola salındı. İranda şəhidlərin cənazəsini Xuzistanın rəşadətli əhalisi qarşıladı.

İzhidamlı vida mərasimi ilə Məşhəd şəhərində yola salındı. Ötən gecə İmam Rzanın (ə) müqəddəs hərəmində şəhidlərə əzadarlıq edildi və şəhidlərin cənazələri əzəmətli bir vida mərasimi ilə bu gün (6 Yanvar 2020) Tehrana göndərildi.

ارسال نشود//وداع لشکر قاسمیون با سردار شجاع میهن/

Tehran əhalisi Vilayət məktəbinin rəşadətli generalını qarşılama mərasimində yeni tarix yazdılar. Generalın vida mərasiminə beş milyondan çox insan qatıldı.

Mərasimdə Generalın qızı və Fələstinin HƏMAS müqavimət hərəkatının siyasi ofisinin rəhbəri çıxış etdilər.

Şəhidlərin cənazəsinə meyit namazını Dünya Müsəlmanlarının Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənabları qıldı.

ارسال نشود//وداع لشکر قاسمیون با سردار شجاع میهن/

Səhər saat 8:00 radələrində Tehran universitetində başlayan vida mərasimi Azadlıq meydanınadək yürüşlə günün ikinci yarısınadək davam etdi. Şəhidlərin cənazələri axşama yaxın saatlarda müqəddəs Qum şəhərinə yola salındı.

ارسال نشود//وداع لشکر قاسمیون با سردار شجاع میهن/

Tehranın Azadlıq meydanına çıxan bütün böyük küçə, xiyaban və prospektlər insanla dolmuşdu.

Vida mərasimində uşaqdan tutmuş böyüyə, sıravi insanlardan tutmuş ən yüksək rütbəli məmurlara qədər hamı iştirak edirdi.

Əhli-Beyt (ə) hərəmlərinin müdafiəçisi olan Şəhid Generalın əzadarlığına gəlmiş qara geyimli əzadarların milyonlyq sayı qorxaq düşmənin əndamına lərzə saldı.

ارسال نشود//وداع لشکر قاسمیون با سردار شجاع میهن/

Tehranlılar həmişəki kimi qəhrəmanlıq dastanı yazdılar.

Hamı qürurla biz “Qasim Süleymaniyik”, “Əbulfəzl ələmdar Xamenei ra nigəhdar”, “İn həme ləşkər aməde be eşq rəhbər amade”, “Ey Rəhbəre azade, intiqam, intiqam” şüarı səsləndirir və düşmənlərə ölüm oxuyurdu.

Qeyd edək ki, mərasimdə xarici diplomatlar, o cümlədən Fələstin, Türkiyə, Əfqanıstan, İraq, Özbəkistan, Azərbaycan, Kenya, Suriya, Omanın səfirləri və xarici media qrumları iştirak ediblər.     

https://iqna.ir/fa/news/3869622

Mərasimin fotolarına aşağıdakı keçidlərdə baxa bilərsiz:

1. https://iqna.ir/fa/news/3869533

2. https://iqna.ir/fa/news/3869598

 

captcha