IQNA

Heysəm Bin Tariq Ali Səid Omanın yeni sultanı təyin edilib

23:37 - January 11, 2020
Xəbər sayı: 3486482
Omanın sabiq kralı Qabus Bin Səidin vəfat etməsinin ardınca 1954-cü il təvəllüdlü Heysəm Bin Tariq Ali Səid bu ölkənin yeni sultanı təyin edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Omanın sabiq kralı Qabus Bin Səidin vəfat etməsinin ardınca 1954-cü il təvəllüdlü Heysəm Bin Tariq Ali Səid bu ölkənin yeni sultanı təyin edilib.

Omanın mədəniyyət naziri olmuş Heysəm Bin Tariq, sultan Qabusun əmisi oğludur. O, adətən sultan Qabusun xüsusi nümayəndəsi kimi bu ölkənin xarici işlər nazirliyində fəaliyyət göstərib. 

Meysəm bin Tarix 1979-cu ildə Oksfordun siyasi elmlər universitetini bitirib. Bundan öncə Omanın Mədəniyyət və Turizm naziri vəzifəsində işləyib. 

Omanın Ali Müdafiə Şurası Şənbə günü yanvarın 11-də səhər saatlarında təcili toplantı keçirib. Bu toplantıda Heysəm Bin Tariqin rəsmi olaraq and içmə mərasimi keçirilib.

Qabus Bin Səid uzun sürən kolon xərçəngi xəstəliyindən sonra 79 yaşında dünyasını dəyişib. Sultan Qabusun vəfatı ilə bağlı ölkədə üç gün ümumi matəm elan olunub.  Dövlət və özəl müəssisələrin fəaliyyəti dayandırılıb.

Oman bayrağı bu ölkənin vəfat etmiş sultanına hörmət əlaməti olaraq 40 gün müddətinə yarıya qədər endirilib. 

79 yaşlı Sultan Qabus atasından sonra Omanda siyasi və iqtisadi islahatlar aparıb. 1970-ci ildə Oman xalqının "Yamul Nehzə" adlandırdıqları 23 iyul tarixində sultan Qabus hakimiyyətə gəlib.

https://iqna.ir/fa/news/3870623

captcha