IQNA

İğtişaşçılar İmam Hüseyn (ə) mukibini yandırdılar

21:53 - January 13, 2020
Xəbər sayı: 3486491
Ötən gün İraqın Kərbəla şəhərində dinc aksiyaçıların arasında soxulmuş İslam düşmənlərinin casusları aksiyaları iğtişaşa çevirərək şəhərin bəzi yerlərində İmam Hüseyn (ə) mukəblərini yandırıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın müxtəlif şəhərlərində sosial problemlərlə bağlı keçirilən etiraz aksiyalarını İslam düşmənləri iğtişaşa sövq edirlər.

Ötən gün (Bazar, 12 Yanvar 2020) İraqın Kərbəla şəhərində dinc aksiyaçıların arasında soxulmuş İslam düşmənlərinin casusları aksiyaları iğtişaşa çevirərək şəhərin bəzi yerlərində İmam Hüseyn (ə) mukəblərini yandırıblar.

İraq təhlükəsizlik qüvvələrinin məlumatına əsasən düşmən casusları vətəndaşların mağaza və restoranlarına da hücum ediblər. İnsanların mülklərini qarət edən iğtişaşçılar vətəndaşların şəxsinə əmlakını yandırıblar.

Mülkü Müdafiə İdarəsinin əməkdaşları baş verən yanğınları söndürməyə çalışıblar.

İğtişaşçılar isə təhlükəsizlik qüvvələrinə hücum edərək vəziyyəti ağırlaşdırmağa çalışıblar. Onlar Kərbəla şəhərinin icra hakimiyyətinin binasına da hücum ediblər.

Bəzi xəbərlərdə Kərbəla vilayətində "Bədr" təşkilatının binasının yandırıldığı və "FransPress"-in "Salman Yasiri" adlı jurnalistinin oğurlandığı barədə məlumat yayıblar.

Qeyd edək ki, keçən həftənin Cümə günündən başlayan etirazlarda Amerika səfirliyi ilə bağlı qrupların iğtişaş və zorakılıq cəhdləri aydın müşahidə olunur.  

https://iqna.ir/fa/news/3871157

 

captcha