IQNA

Nigeriyada Şeyx Zəkzəkinin qanunsuz həbsinə etirazlar davam edir

22:03 - January 15, 2020
Xəbər sayı: 3486500
Kaduna əyalətinin qubernatoru və merinin Şeyx İbrahim Zəkzəki və həyat yoldaşının taleyinin ali məhkəmənin əlində olmasını bəyan ediblər. Bu bəyanatın ardınca Nigeriya İslam Hərəkatı etiraz bəyanatı yayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriya xalqı və Nigeriya İslam Hərəkatının üzvləri hakim rejimin ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri və Nigerya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzəkini qanunsuz olaraq hələ də həbsdə saxlamasına və onun taleyinin məchul qalmasına etiraz edib.

Şeyx Zəkzəkinin Ofisi Tvitter səhifəsində belə bir bəyanat yayıb:

“Şeyx Zəkzəkini dəstəkləyənlər, şeyxin səhhətinin pisləşməsinə baxmayaraq, onun qanunsuz olaraq hələ də həbsdə saxlamasına etiraz edərək, paytaxt Abucada küçələrə çıxıblar”.

Kaduna əyalətinin qubernatoru və merinin Şeyx İbrahim Zəkzəki və həyat yoldaşının taleyinin ali məhkəmənin əlində olmasını bəyan ediblər. Bu bəyanatın ardınca Nigeriya İslam Hərəkatı etiraz bəyanatı yayıb.

Bəyanatda deyilir ki, 2016-cı ilin Dekabra ayının 2-də Ngiriya Ali Məhkəməsi Şeyxi günahsız elan edib. Buna görə də hakimiyyət məsulların onu həbsdə saxlaması qeyri-qanunidir və Şeyxin sağlamlığına görə dövlət rəsmiləri və yerli məmurlar məsuliyyət daşıyırlar.

https://iqna.ir/fa/news/3871956

 
 
 
 
 
 
 
 

 

 

 

Teqlər: nigeriya ، zəkzaki ، iqna
captcha