IQNA

İİR-da "Quran baxımından İslami Müqavimət" konfransı keçiriləcək

22:40 - January 28, 2020
Xəbər sayı: 3486572
Qum Ali Dini Elmi Hövzəsi və Quran maarifi və mədəniyyəti tədqiqat müəssisəsinin təşəbbüsü ilə keçiriləcək konfransda təqlid mərcələri, elmi araşdırmaçılar və digərləri iştirak edəcəklər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin Mart ayının 9-da İran İslam Respublikasının müqəddəs Qum şəhərində "Quran baxımından İslami Müqavimət Konfransı" keçiriləcək.

Bir günlük konfrans yerli vaxtla saat 8:00-dan 12:00-dək və 14:00-dan 18:00-dək Qum şəhərinin İslami Təbliğat Təşkilatının "Ğədir" beynəlxalq toplantı sarayında keçiriləcək.

Qum Ali Dini Elmi Hövzəsi, Quran maarifi və mədəniyyəti tədqiqat müəssisəsi və digər dini müəssisələrin və araşdırma mərkəzlərinin təşəbbüsü və həmkarlığı ilə keçiriləcək konfransda təqlid mərcələri, elmi araşdırmaçılar və digərləri iştirak edəcəklər.

İndiyədək konfransın keçirilməsi komitəsinə 200-dən çox elmi məqalə göndərilib. Məqalələrin qəbulu Fevral ayının 1-dək davam edəcək.

Konfransda Quran baxımdan müqavimətin əsasları və prinsipləri, ülgü və nümunələri, müqavimətin nəticələri, müqavimət yolundakı problemlər və müqavimət barədə maarifləndirilmə mövzuları müzakirə ediləcək. Müqavimətin Quran baxımından siyasi, etiqadi, əxlaqi və ictimai çalarlarına aydınlıq gətiriləcək.

20-dən çox elmi müəssisəsinin iştirakı ilə keçiriləcək bu konfrans üçün indiyədək müxtəlif şəhərlərdə 10 hazırlıq iclası keçirilib. Alim, araşdırmaçı və tələbələrin geniş istiqbalı ilə qarşılanan bu konfransın sonuncu hazırlıq iclası İQNA-nın həmkarlığı ilə təşkil edilib.   

https://iqna.ir/fa/news/3874818

captcha